Koronavirusa qarşı “Johnson&Johnson” peyvəndinin 66 faiz effektiv olduğu açıqlanıb.
Medicina.az xəbər verir ki, Johnson&Johnson birdəfəlik peyvəndi ABŞ-da keçirilən sınaqlarda COVID-19-un qarşısının alınmasında 72 faiz effektiv olub.
Qlobal səviyyədə koronavirusun mutasiya olunmuş variantlarına qarşı aparılan sınaqlarda isə peyvənd 66 faiz effektivlik göstərib.
Sınaqlar zamanı immunizasiyadan 28 gün sonra peyvənd xəstəliyin şiddətli formada keçməsinin və xəstəxanaya yerləşdirilmənin qarşısını almaqda 85% təsirli olub.
“Johnson&Johnson” şirkətinin baş elmi mütəxəssisi Dr. Paul Stoffels deyib ki, bu potensial olaraq yüz milyonlarla insanı COVID-19-un ciddi və ölümcül nəticələrindən qoruyacaq.
Şirkət gələn həftə ABŞ-ın Qida və Dərmanların Keyfiyyəti Məsələləri İdarəsindən (FDA) təcili istifadə üçün icazə almağı planlaşdırır.