Tomsk vilayətində çox sayda insan kababdan zəhərlənib.
“Medicina” xəbər verir ki, 12 nəfər kəskin bağırsaq infeksiyasına yoluxmaqda şübhəli bilinir, onlardan beşi uşaqdır. Laborator müayinələr nəticəsində dörd xəstədə salmonellyoz aşkarlanıb.
Rospotrebnadzorun regional idarəsi bildirib ki, həftə sonu yerli müəssisədə kabab yeyən 6 nəfər xəstəxanaya yerləşdirilib.
Rospotrebnadzor əməkdaşları kababın satıldığı müəssisədə çoxsaylı qanun pozuntuları aşkar ediblər.
Salmonellozaya Salmonella bakteriyası səbəb olur. Xəstəlik temperaturun kəskin artması, qarın ağrısı, ishal, susuzlaşdırma, ürəkbulanma və bəzən qusma kimi əlamətlərlə xarakterizə olunur.
Simptomlar səbəb olan bakteriyaların qəbulundan 6-72 saat sonra (adətən 12-36 saat ərzində) görünür. Xəstəlik iki gündən yeddi günə qədər davam edir. Əksər hallarda xəstələr xüsusi müalicə olmadan sağalırlar.
Aygün Musayeva