Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kadir İnanırın son halı - FOTO

  • 2025.06.13 00:01
  • 242 Baxış
Kadir İnanırın son halı -  FOTO

Türkiyəli aktyor Kadir İnanır fiziki müalicə aldığı mərkəzdə yaxın dostları Ümit Tokcan və Sali Turhan tərəfindən ziyarət edilib.

Medicina.az xəbər verir ki, Yeşilçamın əfsanələrindən biri, son zamanlar səhhətində problemlər yaşayan 76 yaşlı aktyor Kadir İnanır pərəstişkarlarını qorxudub.

İnanır keçən mart ayında insult keçirərək xəstəxanaya yerləşdirilmişdi. Sevilən sənətçi huşsuz halda Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb.

4 ay davam edən reanimasiya prosesindən sonra usta aktyor əvvəlcə normal otağa aparılıb, sonra isə evə buraxılıb. Lakin iyul ayında ağciyərlərində infeksiyaya yoluxduğu üçün bu dəfə başqa xəstəxanada müalicə olunub. Fizioterapiya prosesi davam edən 76 yaşlı sənətçinin son halı üzə çıxıb.

Beş aydır fiziki müalicə alan sənətçini sonuncu dəfə xalq musiqisi sənətçisi Ümit Tokcan və rəssam Sali Turan ziyarət edib.

Dostlar həmin anları sosial şəbəkədə paylaşıblar.



Aygün
Medicina.az