Kadırov əlini gizlətmək istədi, həqiqət ortaya çıxdı - VİDEO

  • 2020.05.28 09:28
  • 11790 Baxış



Qeyri-rəsmi məlumatlara görə, bir müddət xəstəxanada yatan Çeçenistan prezidenti Ramzan Kadırovun əlində kateter görünüb.

Bu barədə kadrlar “Novaya qazeta”nın “YouTube” kanalında yayımlanıb.

Video “Qroznı” dövlət televiziyası tərəfindən Çeçen Operativ Qərargahın iclasında çəkilib. Kadrlar əvvəl telekanalın “Instagram” hesabında paylaşılsa da, az sonra silinib.

Süjet boyu Kadırovun sağ əlini masanın altında gizlədərək, göstərməməyə çalışması görünür, ancaq hansısa anda hər şeyi unudaraq əlini qaldırır. Bu vaxt onun sağ əlində kateter kadra düşüb.

“Novaya qazeta”nın məlumatına görə, süjetdə çeçen lider ağır xəstəliyi ayaq üstə keçirmiş şəxs təsiri bağışlayıb: Onun üzü solğun və şiş olub. Arıqlamış dövlət başçısında həmçinin təngənəfəslik və zəflik müşahidə edilib.