"Kadırov sağlamdır, hər şey yaxşıdır" - Parlamentin spikeri

  • 2020.05.23 15:51
  • 1649 Baxış
"Kadırov sağlamdır, hər şey yaxşıdır"  - Parlamentin spikeri

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun koronavirusa yoluxması barədə xəbər həqiqətə uyğun deyil.

Medicina.az xəbər verir ki, parlamentin spikeri Maqomed Daudov İnstaqramda açdığı canlı yayım zamanı bunları deyib.

“Müxtəlif dedi-qodu gəzir, daha nələr demirlər. Mən bəyan edirəm ki, bizim respublikamızın başçısı Ramzan Kadırov sağlamdır, onun haqda yazılan və deyilənlər yalnışdır”, - o bildirib.

“Onlar nə istəyirlər yazırlar, hansısa xəstəliklər, hansısa faizlər haqda. Bunlar hamısı yalandır. Mən bilirəm ki, xalq bu söz-söhbətlərdən narahatdır və sizi sakitləşdirmək istəyirəm: hər şey yaxşıdır”, - Daudov əlavə edib.