Kalsium qlükonat tableti nədir, nə üçün içilir?

  • 2023.03.07 15:23
  • 31527 Baxış
Kalsium qlükonat tableti nədir, nə üçün içilir?


Kalsiumun insan bədənində əhəmiyyətli bir funksiyası var.

Kalsium və fosfor mübadiləsini tənzimləyicisi olan kalsium qlükonat tableti sinir impulslarının ötürülməsi prosesinin həyat keçrilməsində istifadə olunur.

Skelet və saya əzələlərini yığılmasında, miokardın fəaliyyətini yaxşılaşdırılmasında, sümük toxumasının formalaşmasında, qanın laxtalanması üçün tələb olunan kalsium ionlarının çatışmamazlığını aradan qaldırmaq üçün böyük rol oynayır.

“Medicina” xəbər verir ki, orqanizmdə kalsiumun miqdarı az olduğu hüceyrə membranlarının keçiriciliyinin yüksəlməsi hallarında, əzələ toxumasında sinir impulslarının ötürülməsinin pozulması ilə müşayət olunan xəstəliklərdə, qalxanabənzər ətraf vəzilərin hipofunksiyasında da istifadə olunur.

Xroniki böyrək çatışmamazlığı və xroniki ürək çatışmamazlığı , ateleskleroz xəstələri bu dərmanı ehtiyatla qəbul etməlidir.

Bəzi antibiotik tərkibli dərmanlarla birgə qəbul edərkən tərkibindəki antibakterial tərkibi aşağı düşür. Ona görə belə dərmanların qəbulu arasında 2 saat interval olmalıdır.

Bu peraparatı qida qəbulundan əvvəl və ya qida qəbulundan 1,5 saat sonra qəbul etmək lazımdır.

Günay Q