ABŞ-li kardioloq ürək sağlamlığı baxımından mozzarella pendirini daha yaxşı seçim hesab edir.
Medicina.az xəbər verir ki, mozzarella zülal və kalsiumla zəngindir, bəzi digər pendirlərlə müqayisədə isə yağ və duz miqdarı daha aşağıdır. Xüsusilə inək südündən hazırlanan mozzarella camış südündən hazırlanan növə nisbətən daha az doymuş yağ ehtiva edir.
Kardioloq ürək-damar xəstəliyi riski yüksək olan şəxslərə çox duzlu və ultra-emal edilmiş pendirləri məhdudlaşdırmağı tövsiyə edir.
Xanım,
Medicina.az