Kardioloqlar bildirirlər ki, axşam saatlarında spirtli içki qəbul etmək həm qan təzyiqinin gecə düşməsinə mane ola, həm də yuxunu poza bilər.
Medicina.az xəbər verir ki, mütəxəssislər daha yaxşı yuxu və təzyiqə nəzarət üçün axşam spirtli içkidən uzaq durmağı, əvəzinə bitki çayı, qazlı su və ya spirtsiz içkilər seçməyi məsləhət görürlər.
Həmçinin yatmazdan əvvəl 5 dəqiqə nəfəs məşqləri, yüngül dartınma və ya meditasiya tövsiyə olunur. Axşam yeməyindən sonra 15–30 dəqiqəlik gəzinti də təzyiqə müsbət təsir göstərə bilər.
Xanım,
Medicina.az