Kartof bu xəstəlikləri sağaldır

  • 2023.06.05 11:13
  • 4225 Baxış
Kartof bu xəstəlikləri sağaldır
Rusiyanın xalq təbabətində kartofa geniş yer ayrılıb. Belə ki, kartof vitamin və mineral anbarıdır. Tərkibində həmçinin dəriyə müsbət təsir göstərən antioksidantlar var.


“Medicina” xəbər verir ki, bağırsaqların işini normallaşdırmaq üçün xam kartof suyu istifadə olunur. Ac qarına, gündə yarım stəkan içilir.


Ancaq özünü müalicə etmək qərarına gəlməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.

Kartof üz maskaları mütəxəssis məsləhəti olmadan edilə bilər. Dəriyə pasta şəklində tətbiq olunan xam kartof onu nəmləndirməyə və toksinləri çıxarmağa kömək edir.

Bundan əlavə, xam kartof suyu yanıqları müalicə etmək üçün istifadə edilə bilər, onların sağalmasını sürətləndirir.
Təzə kartof şirəsi mədə yaralarını, qastriti sağaldır.

Günay Quluzadə