Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Keçən həftə pandemiyanın ilk beş ayındakı qədər yoluxma baş verib" - ÜST

  • 2021.04.26 22:34
  • 1607 Baxış
"Keçən həftə pandemiyanın ilk beş ayındakı qədər yoluxma baş verib" -  ÜST

“Ardıcıl doqquzuncu həftədir ki, dünyada koronavirusa yoluxma hallarının sayında artım müşahidə olunur”.

Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus bazar ertəsi Cenevrədə keçirdiyi brifinqdə deyib.

“COVID-19 pandemiyası dünyada daha da intensiv xarakter alır. Xəstələnmə sayı ardıcıl doqquzuncu, ölüm sayı isə ardıcıl altıncı həftədir artır”, - o bildirib.

ÜST rəhbəri vurğulayıb ki, keçən həftə, demək olar, pandemiyanın ilk beş ayında olduğu qədər yoluxma hadisəsi baş verib.