Kəlbəcərin səhiyyə statistikası

  • 2020.11.26 11:30
  • 1067 Baxış
Kəlbəcərin səhiyyə statistikası

TƏBİB Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb.

TƏBİB-dən bildirilib ki, işğaldan əvvəl rayonda 1 Mərkəzi Xəstəxana, 1 Uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib. Həmçinin, burada 9 aptek vətəndaşlara xidmət göstərib.

"Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek” adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi", - deyə məlumatda qeyd olunub.