Kənan İmirzalıoğlu koronavirusa yoluxdu

  • 28 Dek 2021 12:44
  • 398 Baxış
Kənan İmirzalıoğlu koronavirusa yoluxdu
İkinci dəfə ata olmağa hazırlaşan aktyor Kənan İmirzalıoğlu koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, uzun müddətdir ATV ekranlarında yayımlanan "Kim milyoner olmak ister?" yarışmasının aparıcısı səhhəti ilə bağlı açıqlama verməyib. Lakin TV-dən verilən məlumata görə, artıq çəkilişlər dayandırılıb.

Bildirək ki, aktyorun virusa yoluxmasından sonra hər kəs Sinem Kobalın səhhəti ilə maraqlanıb. Türk mediasında yer alan xəbərlərə görə, hamilə olan Sinem Kobal və qızı Lalinin sağlamlıq durumu ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Kənan İmirzalıoğlu koronavirusa yoluxdu