Kenan və Berendən 12-ci ildönümü paylaşımı - FOTO

  • 2026.07.29 22:47
  • 111 Baxış
Kenan və Berendən 12-ci ildönümü paylaşımı -  FOTO

2014-cü ildə Los-Ancelesdə evlənən Kenan Doğulu və Beren Saat 12-ci evlilik ildönümlərini romantik paylaşımlarla qeyd edibilər.

Medicina.az xəbər verir ki, Kenan Doğulu və Beren Saat 12 illik evliliklərini tamamlayıblar. 2014-cü ildə Los-Ancelesdə evlənən məşhur cütlük, xüsusi günlərini sosial media hesablarında paylaşımlarla qeyd ediblər.



Kenan Doğulu, həyat yoldaşı Beren Saatla çəkdirdiyi şəkilləri izləyiciləri ilə paylaşaraq

“İlk günkü həyəcan ilə, daha uzun müddət birlikdə, oyun yoldaşım, sevgilim”, deyə yazıb



Beren Saat həmçinin sosial media hesabında əri ilə çəkdirdiyi şəklini paylaşıb. Aktrisa paylaşımına "12-ci ilimiz mübarək" başlığını yazıb.



İllərdir birlikdə olan Kenan Doğulu və Beren Saat bəzən romantik sosial media paylaşımları ilə xəbər başlıqlarına çıxırlar.



Aygün
Medicina.az