Kimlər hansı vaksini durdurmalıdır? - Ağır xəstəliyi və ölümlərin qarşısını alır

  • 2021.04.02 16:37
  • 3462 Baxış
Kimlər hansı vaksini durdurmalıdır? -  Ağır xəstəliyi və ölümlərin qarşısını alır
Hazırda dünyada yoluxma sayında artım müşahidə olunur.

Medicina.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, vaksinasiya ilə pandemiyanın qarşısını almaq olar. Həmçinin, hazırda istifadə edilən peyvəndlər mutasiyalara qarşı da təsirlidir.

Türkiyəli mütəxəssis Ankara Üniversitetinin professoru İsmail Balık insanların hansı vaksindən istifadə etmələri ilə fikirlərini bölüşüb: “Vaksin vurdurmaq çox önəmlidir. Çünki hansı vaksin olursa-olsun sübut edildi ki, vaksinlər ağır xəstəliklərin və ölümlərin qarşısını alır. “Sinovac”dan istifadə edən ölkələrdə ölüm sayında azalma müşahidə olundu. Araşdırmalar göstərir ki, allergiyanız varsa, “Sinovac” vurdura bilərsiniz. Çünki çalışmalarda sadəcə “BioNTech” deyil digər “mRNA” vaksinlərinin daha çox təsir göstərdiyi məlum oldu. İmmun sistemi zəif olanlarda “mRNA” peyvəndi seçilməlidir”.

Vaksinlərin yan təsirlərini dəyərləndirən Balık, əlavə edib ki, "BioNTech”in yan təsirləri daha çoxdur: “Peyvənd olunan yerdə ağrı, temperatur, bədəndə qırılmalar kimi əlamətlər “BioNTech”də daha çox rastlanılır. Amma bunların heç biri risk yaratmır, ağır xəstəlik və ölüm risklərindən qoruyur. “Sinovac” peyvəndində isə bu tip yan təsirlər ya olmur ya daha az rastlanır."