Kimlərə duzlu balıq yemək olmaz?

  • 2024.01.16 21:58
  • 1147 Baxış
Kimlərə duzlu balıq yemək olmaz?

Kardioloqlar ürəyində problem olan insanlara bir növ balığı qadağan edib.


“Medicina” xəbər verir ki, kardioloq İqor Vidyaskin duzlu balığın təhlükəsi barədə xəbərdar edib.

“Ürək-damar, təzyiq xəstəliyi olanların rasionunda duzlu balıq olmamalıdır. Onda natrium normadan 10 dəfə çoxdur, bu da təzyiqi qaldırır, ödem yaradır.

Daha bir balıq yeməyi – bitki yağında qızardılmış balıq ürəyə neqativ təsir edir.

Ayrılıqda balıq özü ürəyə faydalıdır. Amma onun yağlı növləri yağda qızartmadan yeyilə bilər: losos, farel, makrel və s.

Ürək xəstələri həftədə 1 dəfə balıq yesin. Amma balıq və balıq yağının insult və infarktların qarşısını almasına dair əsaslı sübut yoxdur”.

Aygün