Kimlərə kələm şorabası yemək olmaz?

  • 2023.11.14 17:28
  • 1615 Baxış
Kimlərə kələm şorabası yemək olmaz?

Soyuq aylarda hər kəsin ürəyi şoraba istəyir. Kələm şorabası bağırsaqlar üçün ən faydalıdır.


“Medicina” xəbər verir ki, həkim dietoloq Nataliya Kruqlova kələm şorabasının zərər verəcəyi şəxsləri açıqladı.

“Ev üsulu kələm şorbası probiotik təsirlidir, mikrofloranı sağlamlaşdırır.

Amma yüksək təzyiqi və böyrək problemi olanlara əks təsir edir.

Çünki kələmdə çox miqdarda duz olur, bu isə bədəndə maye toplayır, böyrəkləri yükləyir.

Əgər böyrəklərinizdən xəbərdar deyilsizsə, müayinə olunmadan şorabaya yaxın durmayın.

Eləcə də köpü olan, həzm problemi olan, mədə xorası və qida allergiyasında da bu qida xoşagəlməz təsir edir.

Əgər çiy kələmi yeyəndə orqanizm onu həll etmirsə, o zaman onun duza qoyulmuşunu yeyin, çünki bu zaman fermentasiya gedir”.

Aygün M