Kimlərə kovid vaksini heç təsir etmir?

  • 2021.08.06 16:55
  • 1806 Baxış
Kimlərə kovid vaksini heç təsir etmir?
Kovid vaksinindən sonra orqanizmdə immunitet göstəricisi olan antitellərin əmələ gəlməməsi istər yaşlılarda, istər cavanlarda rast gəlinə bilər. Nəyə görə peyvənd bəzi insanlara təsir etmir.

Alimlər nəhayət ki, bunun səbəbini tapıblar.

Medicina.az xəbər verir ki, peyvənddən sonra antitelin yaranmamasına səbəb leptin hormonunun defisitidir.

Çin və Avtraliyanın bir qrup aliminin elmi işi sübut edib ki, orqanizmdə leptin hormonu vaksinə qarşı immun cavabın əmələ gəlməsində rol oynayır. Bu təkcə kovid yox, qrip və hepatit vaksinində də eyni roldur.
Leptin patogen virusa qarşı antitel hasilatını təmin edən hüceyrələrin funksiyasına təsir edir.

Gənc və yaşlı insanlarda leptin konsentrasiyası az olan insanlarfda peyvəndə qarşı cavab zəif olacaq və yaxud heç olmayacaq.

Leptin doyma hormonu adlanır. O, beyinə qida qəbulu zamanı doyma siqnalı ötürür.

Kimlərdə bu hormon az olur. Yağ, piy, əzələ ehtiyatı az olanlarda, dieta saxlayanlar, arıq anoreksiyalı insanlarda, az yeyənlərdə, pis qidalanan insanlarda bu hormon qanda azalır.