Kimlərə oruc tutmaq olmaz? - Rəşad Mahmudovdan XƏBƏRDARLIQ

  • 2024.03.12 21:10
  • 976 Baxış
Kimlərə oruc tutmaq olmaz? -  Rəşad Mahmudovdan XƏBƏRDARLIQ
“Sizin üçün çoxlarının doğru bildiyi, əslində isə yanlış olan bəzi fikirlərə qısaca aydınlıq gətirmək istəyirəm”.

Medicina.az xəbər verir ki, bunu millət vəkili, Əməkdar həkim Rəşad Mahmudov özünün “Facebook” səhifəsində yazıb.

O, kimlərin oruc tutmamalı olduğunu açıqlayıb.

“Xəstəsənsə, oruc tutmaq olmaz. Bunu mənə həkimim deyib. Yüksək təzyiqin və şəkərin varsa, oruc tutmaq təhlükəlidir!”, - deyə R.Mahmudov bildirib.

O, orucun faydalaırnı isə aşağıdakı kimi sıralayıb:

1. Orucun orqanizmə bərpaedici (DNT) təsiri var.

2. Orucun xərçəng hüceyrələrini hazır glikozadan məhrum edərək (normal hüceyrələrə nisbətən enerjidən daha çox asılı olduqları üçün) öldürdüyü sübuta yetirilib.

3. Orucun sərbəst radikalların təsirinə maneə törətdiyi bilinməkdədir.

4. Oruc tutmaq apoptozis (xəstəlikli və təhlükəli hüceyrələrin yox edilməsi) deyilən mexanizmi işlək hala gətirir. Bunu glikoneogenezisi fəaliyətə keçirdərək etməkdədir.

5. Üstəlik, orucun hüceyrələri, toxumaları, orqanları, qanı yeniləyərək orqanizmi və immunitet sistemini yenidən işə salan yeni kökhüceyrələrin əmələ gəlməsinə təkan verdiyi göstərilmişdir.

“Qısaca, orucun, eləcə də planlı və istəkli aclığın ömrü uzatdığını tibb elmi sübut edib.Bundan tam şəkildə faydalanmaq üçün qida rasionuna diqqət edilməsi əsas şərtdir. Ən böyük fayda isə, bir ayın sonunda çəkinin ən az %5 azalmasıdır.

Deməli, oruc tutmaq sağlamlığını təmin etmək, sağlam olmaq deməkdir!”, - deyə R.Mahmudov vurğulayıb.

Aysel