Kişi 19-cu mərtəbədən yıxılsa da sağ qaldı – Travmatoloq sirri açdı

  • 2023.04.10 18:09
  • 2389 Baxış
Kişi 19-cu mərtəbədən yıxılsa da sağ qaldı  – Travmatoloq sirri açdı
Rusiyanın Voronej vilayətində heyrətamiz hadisə baş verib. Bir kişi 19-cu mərtəbənin hündürlüyündən yıxılaraq sağ qalıb.

“Medicina” xəbər verir ki, travmatoloq insanın necə sağ qalmasının mümkünlüyünü izah edib.

Bu möcüzə aprelin 4- də baş verib. Rusiya mətbuatının verdiyi xəbərə görə, 40 yaşlı kişi 19 – cu mərtəbədən yıxılaraq, aşağıda dayanmış avtomobilin üzərinə düşüb.

Zərərçəkmiş xilasedicilərin köməyi ilə ayağa qalxa bilib və hətta “Sevgi yuxu kimidir” mahnısını ifa edib. Bununla belə, həmin şəxsin başından və onurğasından xəsarətlərlə ağır vəziyyətdə xəstəxanaya aparıldığı bildirilir.

Həkim travmatoloq – ortaped Dimiktrıy Şinkarenko bildirib ki, bu hadisə tibb ictimaiyyətinin xüsusi diqqətinə layiqdir.

Çünki 19-cu mərtəbədən yıxıldıqdan sonra sağ qalmaq demək olar ki, mümkün deyil. Hətta ədəbiyyatda belə hallar o qədər də çox deyil. Bir qayda olaraq, insanlar daha aşağı hündürlükdən yıxıldıqda ölümcül xəsarətlər alırlar.

Həkimin sözlərinə görə, belə vəziyyətdə insanın sağ qalmasına kömək edən amillər müxtəlif olur. Hər il belə xilas hekayəsi fərqlidir.

Məsələn, qurbanın sərxoş vəziyyətdə olub-olmadığı məlum deyil. Yaxud mahnıya baxsaq, sevgi möcüzələr yaradırdan bəhs edib.
Həqiqətən, alkoqol intoksikasiyası ilə yıxıldıqdan sonra alınan xəsarətlərin şiddəti arasında müəyyən əlaqə var. Sərxoş insanlar ayıq insanlara nisbətən daha az xəsarət alırlar.
Amma 19 – cu mərtəbədən yıxılarkən bu əlaqə əhəmiyyətsizdir.

Digər belə möcüzəli hadisə Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar atından bir həftədən çox sağ qalan insanların xilas edilməsidir. Onlar yeməksiz və susuz uzun müddət sağ qala bilmişdilər.

17 yaşlı qız Alena Ölməz 248 saat ( 10 gündən çox) sonra sağ tapıldlı.

Marinski xəstəxanasının ümumi praktikantı və kardioloqu Nəzər Məmiyevin izah etdiyi kimi, belə şəraitdə insanın sağ qalmasına bir çox amillər təsir edir. Ancaq həkimin fikrincə, ən vacib şey, ən azı bir az hərəkət etmək qabiliyyətidir.

Yəni insanın bütün bu müddət ərzində olduğu yer çox vacibdir. Həkimin sözlərinə görə, uzunmüddətli sıxılma sindromu və oksigen çatışmazlığı ilə sağ qalma şansı sıfıra enir.

Aynurə Məmmədova