Kişilərdə cinsi potensiyanı artıracaq qidalar- SİYAHI

  • 2023.04.17 21:39
  • 1743 Baxış
Kişilərdə cinsi potensiyanı artıracaq qidalar - SİYAHI
Bu məhsullar yuxunu, əhval-ruhiyyəni, soyuq və ya stresli vəziyyətlərə uyğunlaşmanı yaxşılaşdıra bilər.

“Medicina” xəbər verir ki, libidonu və potensiyanı artıra bilən məhsulların siyahısı mif deyil, elmi reallıqdır.

Rusiyanın tanınmış seksoloqu, professor, Tacikistan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, İlya Ulyanovun sözlərinə görə, bəzi məhsulların libidoya təsir göstərə biləcəyi rasional tibbi komponent var. Ancaq onların təsiri dərmanların təsiri ilə eyni səviyyədə tutulmamalıdır.

Xüsusi dərmanlar var ki, bunlar ereksiya və libidoya xüsusi təsir göstərir. Bununla belə, onların yan təsirləri var. Məsələn, ən məşhur dərmanlardan biri gözün tor qişasına təsir edir və bir müddət insan dünyanı mavi tonlarda görür. Elə dərmanlar da var ki, əzələ və oynaq ağrılarını təhrik edir.

Təsiri xüsusi olaraq libido və ya ereksiyaya yönəldilməyən məhsullar var ki, ümumi gücləndirici təsir göstərir. Onlar yuxunu, əhval-ruhiyyəni, soyuq və ya stresli vəziyyətlərə uyğunlaşmanı yaxşılaşdıra bilər və nəticədə cinsi sağlamlığa təsir edə bilər.


Bunlardan jenşen, limon otu, bir çox dəniz məhsulları, balqabaq toxumu,qırmızı şərab, şokolad, avokado, banan, çiyələk və qarağat, əncir, qarpız, üzüm və ya kişmiş, qoz, badam, püstə, daxildir.

Aygün Musayeva