Kivinin heç bilmədiyiniz faydaları

  • 2024.03.19 10:00
  • 1091 Baxış
Kivinin heç bilmədiyiniz faydaları
Kivi ən faydalı meyvələr sırasındadır.

Medicina.az xəbər verir ki, bu meyvə tərkibindəki vitamin və minerallarla saç və dəri gözəlliyi üçün də çox əhəmiyyətlidir.

Kivinin faydalarını təqdim edirik:

1. Kivi saç tökülməsinə qarşı mübarizə aparır. Tərkibindəki C və E vitamini saçın sağlamlığını qoruyur.

2. Tərkibində mis mineralları olan kivi saçların vaxtından əvvəl ağarmasının qarşısını alır.

3. Kivinin tərkibində maqnezium, sink və fosfor kimi minerallar qan dövranını stimullaşdıraraq saçların tez uzanmasına səbəb olur.

4. Kividə olan Omeqa-3 yağ turşuları saçı nəmləndirir, saç diblərinin qurumasının qarşısını alır.

5. Kivi qan damarlarını gücləndirərək baş dərisinin ekzeması və baş dərisinin iltihabı kimi saç problemlərini aradan qaldırır.

6. Tərkibindəki E vitamini sayəsində qırışları azaldır.

7. Yüksək miqdarda C vitamini ehtiva edən kivi bədənin kollagen istehsalını artırır. Kollagen isə dərinin elastikliyini geri qaytarır, qocalma əlamətləri ilə mübarizə aparır. C vitamini həm də zədələnmiş hüceyrələri bərpa edir, dərinin qurumasının qarşısını alır və dərini sərbəst radikalların yaratdığı zədələrdən qoruyur.

8. Kivinin tərkibindəki amin turşusu dərini günəşin zərərli şüalarından müdafiə edir.

9. Kivi təbii antiinflamatuardır, buna görə də məsamələri təmizləyir və sızanaqlarla mübarizə aparır.

10. Kivi antioksidantla zəngin olduğu üçün qocalmanı gecikdirir.

11. Kivinin müntəzəm istehlakı bədəni toksinlərdən təmizləyir və daha parlaq dəri bəxş edir.


Aysel