Klinikada embrionlar qarışdı – Uşaq yad övladı çıxdı

  • 2026.06.29 19:34
  • 95 Baxış
Klinikada embrionlar qarışdı  – Uşaq yad övladı çıxdı



ABŞ-ın Florida ştatından olan cütlük Stiven Mills və Tiffani Score valideyn olmaq arzusunda olduqları üçün sonsuzluq klinikasına müraciət edib.

Medicina.az xəbər verdi ki, İVF-dən sonra Tiffani hamilə qaldı, lakin qızı dünyaya gətirəndə cütlük bir şeyin səhv olduğundan şübhələndi. Körpənin görünüşü gözlədiklərindən fərqli oldu.

Bir müddət sonra Stiven və Tiffani genetik test aparmaq qərarına gəldilər və bu test Şi adlı qızın 100% Cənubi Asiya mənşəli olduğunu və valideynlərdən heç birinin bioloji uşağı olmadığını təsdiqlədi. Məlum oldu ki, klinika embrionları qarışdırıb.


O vaxtdan bəri xəstələrin məhkəməyə verdiyi tibb müəssisəsi bağlandı, Stiven və Tiffani güclü emosional əlaqə qurduqları övladlarını saxlamağa qərar verdilər.

Onlar Şinin bioloji valideynlərini tapdılar, onlarla razılığa gəldilər və körpənin daimi qəyyumluğuna sahib olduqlarını bildirdilər. Şinin bioloji valideynləri əlavə etdilər ki, vəziyyətin hər iki ailə üçün nə qədər çətin olduğunu başa düşərək uşağın həyatının bir hissəsi olaraq qalmaq istəyirlər, baxmayaraq ki, heç biri günahkar deyil.

Aygün Musayeva