Köhnə diabet dərmanları qocalıq demensiyasını dayandıra bilər.
“Medicina” xəbər verir ki, uzun illər əvvəl hazırlammş dərmanları demans riskini 20%-dən çox azaldır. Bu nəticəyə Arizona Universitetinin alimləri gəliblər.
Genişmiqyaslı araşdırma göstərib ki, çoxdan populyarlığını itirən və artıq müasir protokollarda istifadə edilməyən tiazolidinedion dərmanları Alzheymer xəstəliyinin inkişaf riskini 20%-dən çox azaldır.
Bu dərmanlar əvvəlcə diabetlə mübarizə aparmaq üçün hazırlanmışdı, lakin indi qaraciyər toksikliyi və ürək problemləri ilə mümkün əlaqəsi səbəbindən nadir hallarda təyin olunur.
Bu dərmanlar Alzheymer xəstəliyindən qorunmaqda yüksək təsirlidir. Bu dərmanlar qanda pis xolesterol səviyyəsini azaldır. Bu dərmanlar nadir hallarda istifadə olunsa da, alimlərin yeni kəşfi sayəsində onlara yeni bir həyat verilə bilər.
Mütəxəssislər hesab edirlər ki, qocalıq demensiyasına keçə biləcək əqli zəifliyin qarşısını almaq üçün 2-ci tip diabet xəstələrinə verilməlidir.
Aygün Musayeva