Kökəlməmək üçün belə yeyin – Terapevtdən sirr

  • 2024.03.04 21:00
  • 557 Baxış
Kökəlməmək üçün belə yeyin  – Terapevtdən sirr

4 mart Dünya Piylənmə ilə mübarizə günüdür.


“Medicina” xəbər verir ki, rusiyalı terapevt Oksana Drapkina sağlam çəkini saxlamaq üçün əsas tövsiyələri verib.

Piylənmə bir çox xroniki xəstəliklərin səbəbidir.


İnsan bədən kütlə indeksini daim nəzarətdə saxlamalıdır. Bu göstəricini ölçmək üçün çəkini boya bölmək və kvadratda göstərməkdir. İndeks 20-25 kq-metr 2 – normadır, 25-29 – artıq çəki, 30+ artıq piylənmədir.

Hər 5% artıq çəki şəkər və təzyiq xəstəliyni 20-30% artırır. Hər 10 kq artıq çəki ürəyin işemik xəstəliyinə yaxınlaşmaq deməkdir.

20 kq artıq çəkisi olan qadınların diz artrozu riski 4 dəfə yüksəkdir.

Çəkini azaltmaq üçün qidanın kalorisi orqanizmin enerji itkisindən 500-1000 kkal az olmalıdır. Qadınlar üçün sutkalıq kalorilik 1200 kkal, kişilər üçün 1500 kkal olmalıdır.

Piylənmədən qaçmaq üçün bu qaydaları bilmək lazımdır:

- Heyvanji yağlar, piy və sürətli karbohidratları az yemək
- Tərəvəz və meyvəni artırmaq. Lif mədəni daha tox tutur.
- Zülal normada qəbul edin: böyük adam üçün hər 1 kq çəkiyə 80 qram zülal

- Gündə az az, 5-6 dəfə yemək
- Duz miqdarı 5 qramı keçməməlidir
- Gündə 1 litr təmiz su içmək
- Yeməkləri qızartmamaq
- Eyni vaxtda yemək

- Ortada atışdırmalıqları azaltmaq
- Fiziki aktivlik, idman, gəzinti


Aygün Musayeva