Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Komadan ayılmayan baş leytenantımız şəhid oldu

  • 2020.12.09 17:03
  • 965 Baxış
Komadan ayılmayan baş leytenantımız şəhid oldu


Vətən Müharibəsində yaralanan əsgərlərdən biri şəhid olub.

Qafqazinfo-nun verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb.


Dekabrın 8-də isə komadan ayılmayaraq, şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanlı kəndindən olub.

Şəhidlik zirvəsinə yüksələn zabitimiz İkinci Fəxri Xiyabanda dəfn edilib.