Komadan çıxanda adımı soruşdular, bilmədim – Bəhram Bağırzadə

  • 2021.10.18 15:51
  • 1416 Baxış
Komadan çıxanda adımı soruşdular, bilmədim –  Bəhram Bağırzadə
Mən o biri dünyadan bir ildir ki, qayıtmışam. Koronavirusdan danışanda panik ataklarım başlayır.

Medicina.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Bəhram Bağırzadə “Azərbaycan Silahlı Qüvvələri” kitabının imza günündə deyib.

“Mənim üçün çox çətin oldu. Daim hərəkətdə olan, səhnədə ora-bura qaçan 50 yaşlarında sağlam bir kişi üçün çox ağır idi. Sağ tərəfim işləmirdi, sağ əlimi qaldıra bilmirdim. Hər yerimdən şlanq salmışdılar. Gözümü açanda gördüm ki, bir kişi, 8 qadın mənə baxır. Elə bildim, qəzaya düşmüşəm, çünki beynim işləmirdi. Komadan ayılanda soruşdular ki, adın nədir. O zaman bildim ki, beynim işləyir. Amma adımı deyə bilmədim. Elə bildilər, zarafat edirəm”, - B.Bağırzadə bildirib.