Konservləşdirilmiş tərəvəz və paxlalıları yeməzdən əvvəl süzüb soyuq su ilə yaxalamaq tövsiyə olunur. Dietoloq Amy Davis bildirir ki, xüsusilə konservləşdirilmiş lobyanın yuyulması onun tərkibindəki natriumun 40%-dək azalmasına kömək edə bilər.
Medicina.az xəbər verir ki, noxud və lobya kimi paxlalıların yuyulması qaz və şişkinliyə səbəb ola bilən bəzi maddələri də uzaqlaşdıraraq həzmi asanlaşdıra bilər.
Lakin bütün konservləri yaxalamaq lazım deyil. Məsələn, pomidor konservinin şirəsi yeməyə dad və tekstura verdiyi üçün saxlanıla bilər. Noxudun mayesi olan akvafaba da müxtəlif yeməklərdə istifadə edilir.
Xanım,
Medicina.az