Konyak təzyiqi qaldırır, yoxsa salır?

  • 2026.02.14 21:11
  • 90 Baxış
Konyak təzyiqi qaldırır, yoxsa salır?


Baş ağrınız olduqda bir az konyak içməyiniz məsləhət görürlərsə, diqqətli olun: bu içki qan təzyiqinə həm müsbət, həm də mənfi təsir göstərə bilər.

Medicina.az xəbər verir ki, konyakdan bir qurtum içdikdən dərhal sonra qan təzyiqi düşür.

Lakin, bir müddət sonra içkinin təsiri altında ürək döyüntüsü artır və ürək arteriyalara daha çox qan vurmağa başlayır. Nəticədə qan təzyiqi yüksəlir.

Beləliklə, ümumi mənzərə belədir: konyak içdikdən dərhal sonra qan təzyiqi düşür, lakin sonra yüksəlir.

Çox az miqdarda konyak (təxminən 50-70 ml) ürək-damar sağlamlığının yaxşılaşdırılmasına kömək edə bilər. Qan damarlarını genişləndirəcək, amma nəbziniz normal qalacaq və qan təzyiqiniz yüksəlməyəcək. Bundan əlavə, qan xolesterol səviyyəsini aşağı salır və bununla da ateroskleroz riskini azaldır. Lakin, çox miqdarda konyak qan damarları, ürək və beyin üçün real təhlükə yarada bilər .

Həkimlər xəbərdarlıq edirlər ki, konyakın qan təzyiqinə təsiri həm doza, həm də istehlak müddəti ilə müəyyən edilir.

Lakin, bu içki müalicə üçün nəzərdə tutulmadığı və mövcud damar problemlərinə təsiri tamamilə gözlənilməz ola biləcəyi üçün yüksək və ya aşağı qan təzyiqini konyakla bərpa etməyə çalışmamaq daha yaxşıdır.


Aygün Musayeva