Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus adi xəstəliyə çevrilə bilər

  • 2021.02.13 21:02
  • 2236 Baxış
Koronavirus adi xəstəliyə çevrilə bilər

Böyük Britaniya hökuməti hesab edir ki, bu ilin sonuna qədər COVID-19 qrip kimi vərdiş halına gələcək və müalicəsi nisbətən asan olacaq.

Bunu ölkənin Səhiyyə Naziri Matt Hankok “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib.


“Ümid edirik ki, COVID-19 ilin sonuna qədər müalicə edilə bilən bir xəstəliyə çevriləcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu, yaxşılaşdırılmış müalicə protokolları, COVID-19-a qarşı effektivlik göstərən yeni dərmanların ortaya çıxması və kütləvi peyvəndlər sayəsində reallaşacaq.

Britaniyalı nazir əlavə edib ki, nəticədə, hər birimizin həyatını təsir edən pandemiyalardan olan COVID-19 qrip kimi yaşamağımız lazım olan növbəti xəstəlik olacaq.