Koronavirus "ağıllanıb": daha sürətli yayılır- Bioloqdan mutasiya İZAHI

  • 2021.01.13 16:23
  • 2524 Baxış
Koronavirus "ağıllanıb": daha sürətli yayılır - Bioloqdan mutasiya İZAHI


Professor Skoltexa Georgiy alimlərin şok nəticələr verən son elmi təcrübəsindən danışaraq, virusun daha da ağıllandığını bildirib.


Belə ki, 47 yaşlı rusiyalı qadın pasiyentin orqanizmində 18 yeni Covid 19 mutasiyası aşkarlanıb.

Medicina.az xəbər verir ki, qadın 2020-ci ilin aprelində ilk dəfə virusa yoluxub.

Koronavirus qeyri tipik keçirdi, 4 ay ərzində qadının yaxma testləri pozitiv göstərirdi.

Alimlər yaxmadan virusun genom analizini təhlil edib, 18 yeni mutasiya aşkarladılar.
Ona görə qadın sağala bilmirdi.

Mutasiya olunmuş viruslar bütün populyasiya boyu yayıla bilərmi? İnsanlar nədən qorunmalıdır?
Bu suallara təkamül biologiyası üzrə professor Georgiy Bazıkin belə cavab verib.

“Bu rusiyalı qadında biz Daniyada su samurunda aşkarlanmış mutasiyanı belə tapdıq. Hətta 2 mutasiya idi. Halbuki elə bilirdik ki, o mutasiya heç bizim ölkəyə gəlib çatmayıb.

Biz hesab edirik ki, necə ki, virus su samurunun orqanizmində özü mutasiya edib çevrilib, bu qadında da başqa bir mutasiya beləcə dəyişib. Yəni qadının bədənindəki viruslar öz daxili mutasiyalarıdır.

Bunu izah etmək çətindir. Amma son aylar bir neçə elmi tədqiqat var ki, orda göstərilib ki, zəif, çökdürülmüş immun sistemi olan insanın orqanizmində mutasiya viruslar daha çox toplanır. Məsələn, bu qadın limfoma xəstəsidir, daha əvvəl kimyaterapiya alıb. Onun immun sistemi çox aşağıdır. Burda da virus üçün geniş meydan açılır.

İstənilən virus mutasiya toplayır, bu qaçılmazdır, bu onun bioloji təbiətidir. Hər dəfə virus özündən yeni virus yaradanda bu səhvən də ola bilər. Virusdan və şəraitdən asılı olmadan genetik materialda dəyişiklik baş verir.

Əgər bir insanda virus uzun müddət bədəndə qalırsa, o dəyişilməyə vaxt qazanır və mutasiyalar bölünür, toplanır.
Öna görə də dünyada bir neçə qrup mutasiyalar populyasiya edir. Britamiya ştammı, Cənubi Afrika ştammı, Çin ştammı.

Virus mutasiyaya uğradıqca, yayılması çoxalır, yüksəlir, ötürücülüyü artır.

Mutasiyaların ayrı-ayrılıqda gedişatı, təsirini, yoluxma dərəcəsini öyrənmək mümkün deyil. Bunun üçün ayrıca planet yaradıb, orda insanları hər növ mutasiya ilə yoluxdurub, araşdırmaq lazımdır.


Ona görə də mutasiyaların populyasiyası ilə bu gün məşğul olmaq elmin imkanı xarincindədir. Bu gün ölkəmizdə, aramızda elə xəstə ola bilər ki, onun bədənində 10-12, bəlkə də 20 mutasiyası var. Sadəcə bu xəstələr viruslar üçün çoxalma yerinə çevrilib. Yaxşı olar ki, bu xəstələri daha uzun müddət təcrid edək ki, onlardakı mutasıya 1-2 ay ərzində digər insanlara keçməsin”.