Koronavirus Azərbaycanda boşanmaları artırıb? - Statistika

  • 2020.05.28 19:00
  • 1249 Baxış
Koronavirus Azərbaycanda boşanmaları artırıb?  - Statistika


Məlum olduğu kimi, bu ilin fevral ayının 28-də Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bundan sonra ölkə ərazisində bir-sıra məhdudlaşdırıcı tədbirlər görülüb.

Mart ayının 24-dən etibarən isə ölkədə karantin rejimi tətbiq olunub.

Medicina.az xəbər verir ki, statistik rəqəmlərə görə mart ayında Azərbaycanda 3 min 976 nikah, 982 boşanma qeydə alınıb.

Ötən ilin mart ayı ilə müqayisədə nikahların sayı 18%, boşanmaların sayı isə 21,7% azalıb.

Aprel ayı üçün statistika ilə hələ hesablanmayıb.