Koronavirus bu ölkələri vurdu - SİYAHI

  • 2020.01.30 12:37
  • 7307 Baxış
Koronavirus bu ölkələri vurdu -   SİYAHI
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı hazırkı vəziyyəti açıqlayıb.

Medicina.az xəbər verir ki,ÜST-ün açıqlamasında bu virusun yayıldığı ölkələrin adları qeyd olunmayıb, lakin bütün dünya ölkələrinə bu virusa qarşı tədbirli olmaqla bağlı çağırış edilib. Belə ki, təkcə Çində virusdan ölənlərin sayı 170 nəfərə çatıb. Koronavirusa yoluxanların sayı isə 7711 nəfərə çatıb. Onlardan 1370 nəfərin vəziyyəti ağırdır.

Mətbuatda çıxan məlumatlara əsasən koronavirus 15-dən çox ölkədə yayılıb. Bu ölkələr sırasında Honqkonq, Makao, Tayvan, ABŞ , Yaponiya, Tailand, Almanya, Malayziya, Kanada, Fransa, Sinqapur, BƏƏ, Vyetnam, Nepal, Avstraliya, Vyetnam və s. var.