Koronavirus danışan zaman havada yayılır – Cəmi 10 dəqiqəyə yoluxma

  • 2020.05.16 17:40
  • 1868 Baxış
Koronavirus danışan zaman havada  yayılır   –  Cəmi 10 dəqiqəyə yoluxma


Koronavirus xəstə insanın normal insanlarla adi danışığı zamanı da ağız suyunda olan mikrodamcılar zamanı ətrafa sıçrayıb, qarşısındakı da danışarsa, onun ağız boşluğuna asanlıqla keçə bilər.

Medicina.az xəbər verir ki, cəmi 10 dəqiqə bəs edir ki, qapalı məkanda, bağlı yerdə danışıq zamanı virus digər insanı yoluxdursun.

Bu barədə ABŞ Milli səhiyyə institutunun bir qrup alimi tədqiqat aparıb.

Eksperiment zamanı insan 25 saniyə ərzində başını qutunun içinə salaraq “Sağlam olun” sözünü 20-30 dəfə deyərək təkrarlayıb.

Bu zaman qutunun içinə verilən lazer işıqlandırma həmin adamın danışarkən ağzından sıçrayan tüpürcək və ya ağız suyundan mikrodamcıları aşkarlayıb və sayıb.

Bu damcılar qutunun içində havada düz 12-14 dəqiqə uçuşub.

Hesablamalar göstərib ki, ağız suyunda olan hissəciklərdə koronavirus bağlı otaq və yerdə havada 8 dəqiqə asılı qalıb dövr edir.

Qeyd olunur ki, koronavirusa yoluxmuş şəxs nə qədər ucadan və çox danışsa, bu zərrəciklər bir o qədər çoxalır və daha çox insan yoluxa bilər.