Koronavirus Fransanı yenidən cənginə aldı

  • 2020.03.02 08:57
  • 3160 Baxış
Koronavirus Fransanı yenidən cənginə aldı

Fransada koronavirusdan xəstələnənlərin sayı 130 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Səhiyyə üzrə Ümumi Müdirliyinin rəhbəri Jerom Salomona istinadən bildirib.

Fevralın 29-da Fransada 100 koronavirusla xəstələnmə hadisəsi barədə məlumat verilmişdi.

Ən son məlumatlara görə, yoluxmuş 130 nəfərdən ikisi ölüb, 12 nəfər sağalıb, 116 nəfər xəstəxanada yatır, o cümlədən 9 nəfərin vəziyyəti ağırdır.