Koronavirus İsveçdə də aşkarlandı

  • 2020.02.01 10:05
  • 5657 Baxış
Koronavirus İsveçdə də  aşkarlandı
İsveçdə yeni 2019-nCoV koronavirusuna yoluxma hadisəsi aşkarlanıb.

Medicina.az Report-a istinadən xəbər verir ki,İsveçin İctimai Səhiyyə Agentliyi hadisəni Yençepinqedə, Rıhov dairəsi xəstəxanasında qeydə alıb.

Qeyd edilir ki, qadın pasiyentdir. O, yanvarın 24-də Çinin Uhan şəhərindən səfərdən qayıdıb.

Hazırda o, infeksiya xəstəxanasının təcridxanasındadır.

Xatırladaq ki, 2019-cu ilin dekabrında Çin hakimiyyəti Uhan şəhərində pnevmoniyanın yayılması haqqında bildirib. Son məlumatlara görə, Çində 11,1 min nəfər koronavirusa yoluxub, 259 nəfər ölüb.