“Koronavirus laboratoriyada hazırlanıb” - TRAMP

  • 2021.08.09 15:46
  • 1535 Baxış
 “Koronavirus laboratoriyada hazırlanıb”  - TRAMP


ABŞ-ın keçmiş prezidenti Donald Tramp COVID-19-un laboratoriya mənşəli olmasından əminliyini bildirib.

O, bunu “Fox News” telekanalının efirində bəyan edib.

“Mən onu Çin virusu adlandırıram. Çünki məhz oradan yayılmağa başlayıb. O, laboratoriyada hazırlanıb”, - deyə Tramp qeyd edib.

Həmçinin, siyasətçi əlavə edib ki, “Twitter” koronavirusun süni mənşəyi barədə təkzibolunmaz faktları dərc edən bütün istifadəçiləri bloklayıb.