KORONAVİRUS MENYUSU - Gündəlik rasion nümunələri

  • 2020.12.24 15:23
  • 2044 Baxış
KORONAVİRUS MENYUSU   - Gündəlik rasion nümunələri



Karantin günlərində ac qalmaq, pəhriz və zəif qidalanmaq olmaz. Pəhriz saxlayanlar bunu dayandırmalıdır.

Medicina.az sizə koronavirusa qarşı düzgün qidalanma rasionu nümunəsini təqdim edir.

Səhər: Mütləq 1ədəd kənd yumurtası

Suda bişmiş kartof, yarma, buğda, qarabaşaq sıyığı, suda bişmiş toyuq əti, ağ və sarı pendir, şor, kəsmik., mütləq kərə yağı 20 qr

Çovdar çörəyi, lavaş
İstənilən tərəvəzdən yüngül salat
Çay, qəhvə, adi su

Bunlardan 3-4-nü seçib, hər səhər gündəlik yeyə bilərsiz. Hamısını yemək vacib deyil.
Şirniyyat, şirələr, kolbasa, sosis, qablaşdırılmış qidalar, konserv, yağlı yemək, hazır səhər yeməkləri olmaz

Nahara qədər: yaşıl çay, su, meyvə şirəsi, alma, banan, quru meyvə, xurmadan birini yeyə bilərsiz

Günorta yeməyi: mütləq şorba -ətli, tərəvəzli və ya paxlalı: lobya, mərci, noxud şorbası

Toyuq və ya mal əti+ qarnir, tərəvəz

Göyərti və tərəvəz salatı zeytun yağı ilə

Çuğundur salatı, sobada kotlet, soyutma ət, balıq və s.


Yaşıl çay, ayran

Günorta mütləq yaxşı yeməlisiz və kalori almalısız.

Günaşırı atışdırmalıq: meyvə, yaşıl çay, yoqurt, quru meyvələr

Axşam yeməyi: ətli salat və ya sadəcə bol göyərtili, tərəvəzli salat: məsələn, kələm, gül kələmi, brokkoli salatı

Balıq və ya qaraciyər, mal əti, quzu əti sobada tərəvəzli
Balqabaqlı plov, mərci plov və s
Bunları da çox az yeməlisiz

Axşam mütləq bir kasa qatıq yeyin
Yaşıl çay, kompot içə bilərsiz

Qeyd edək ki, bu yeməklərdən bir növünü hazırlayıb həmin gün qəbul edə bilərsiz.

Uşaqları və yaşlıları da doyunca və müxtəlif qidalarla yedizdirin

Diqqət: virus dövründə bütün günü və yeməkdən dərhal sonra isti çay, kompot, kofe içmək olmaz. Çay və qəhvənin qəbulunu azaldın. Mayelər yeməkdən 1 saat əvvəl və ya 1-2 saat sonra içilməlidir