Koronavirus metroda belə yayılır - Bir nəfər vaqonun yarısını yoluxdurur - VİDEO

  • 2020.05.28 15:28
  • 3028 Baxış
Koronavirus metroda belə yayılır   - Bir nəfər vaqonun yarısını yoluxdurur - VİDEO


Böyük Britaniyada metroda koronavirusun necə ötürüldüyünə dair yeni simulyasiya videosu yayılıb.

Medicina.az xəbər verir ki, video “Oregon” Universitetinin elmi əməkdaşları və proqramçıları tərəfindən hazırlanıb.

Metroda koronavirusa yoluxan şəxsin ətrafındakıların hamısını virusla əhatələdiyi görünür.

Həmin şəxs ətrafındakı 7 metrlik ərazidə kiçik bir öskürək və ya asqırma ilə hər kəsi virusa yoluxdura bilir.

Virusun uzun müddət koronaviruslu insanın oturduğu və toxunduğu səthlərdə təsirli olduğu bildirilir.