Koronavirus peyvəndi barədə 5 suala cavab – Vaksin qorxuludurmu, kimlərə olar -olmaz?

  • 2021.01.15 17:21
  • 6546 Baxış
Koronavirus peyvəndi barədə 5 suala cavab  – Vaksin qorxuludurmu, kimlərə olar -olmaz?


Artıq Azərbaycanda əhalinin risk qrupuna daxil təbəqəsinin koronavirus peyvəndinə başlanılır. Bir çox ölkələr isə bütün əhalinin kütləvi vaksinasiyasına start verir.


Medicina.az xəbər verir ki, insanlar peyvənd barədə hələ də bəzi suallara cavab axtarır. Çox şeylər qaranlıqdır, peyvənd isə qapıdadır.


Peyvəndlə bağlı əhalini maraqlandıran 5 əsas suala immunoloqdan cavabları təqdim edirik:

1. Hansı xəstəliklərdə peyvənd zərərlidir və kimlərə əks göstəriş ola bilər?

- Əgər kəskin infeksion xəstəlik və ya xroniki xəstəliklərin kəskinləşdiyi dövrdürsə, peyvəndi sağalandan və remissiya alandan 1 ay sonra etdirmək lazımdır.

Yüksək hərarət varsa peyvənd olmaz. Yüngül qrip əlamətlərində peyvənd etdirmək olar.
Mədə-bağırsaq xəstəliklərində də gözləmək lazım deyil.


2. Dodaqda ucuq, herpes varsa, peyvənd oluna bilərmi?

- Əgər herpesin aktiv kəskin fazası deyilsə, peyvənd oluna bilər. Yer üzü əhalisinin böyük hissəsində herpes var. Dodaqda uçuq sağalmağa doğru gedirsə, qızdırma vermirsə, peyvənd əks göstəriş deyil. Ağrıli, iri uçuqlar varsa, genital herpes çıxıbsa, sağalana kimi gözləmək lazımdır. Xüsusilə hepres zoster kimi bədəndə ağrılı səpkilər zamanı peyvənd əks göstərişdir.

3. Allergik insanlar peyvənd olunsa nə olacaq?

- Allergiyası olanlar çox qorxur. Ağır forma, aktiv fazada olan allergik xəstəliklər – bronxial astma, atopitik dermatit zamanı peyvənd ciddi həkim rəyindən sonra vurulmalıdır. Xəstə özbaşına qərar verə bilməz. Bu xəstələr pulmonoloq, allerqoloq və onları müalicə edən həkimin rəyini almalıdır.

Preparatın tərkibindəki konkret maddələrə qarşı allerggiyası olanlara isə qəti əks göstərişdir. Bu maddələrin siyahısı ilə dərmanın təlimatında tanış ola bilərsiz

4. Onkoloji xəstələrin vəziyyəti necə olacaq?

Bu xəstələr konkret onkoloqlarının rəyini almalıdır. Onkoloq icazə vermirsə, olmaz. Davamlı remissiyada olan xəstələrə vurmaq olar.

Kimyaterapiya, şüaterapiya alan, yeni əməliyyat olmuş xəstələrə peyvənd əks göstərişdir. Belə xəstələrdə peyvənd fəsadlara yarada bilər, ümumiyyətlə isə bir faydası olmayacaq.

5. Hormonal dərmanlar qəbul edənlər vaksin olmalıdırmı?


Burda xəstənin hazırkı vəziyyətinə baxılmalıdır.
Hormonal və iltihab əleyhinə güclü dərmanlar daha çox ciddi ağırlaşma, fəsadlaşma zamanı təyin edilir. Deməli bu xəstələr də müalicə bitənə kimi gözləməlidir.

Ümumiyyətlə, istənilən ciddi problemi olan xəstə vaksindən öncə öz müalicə həkiminə xəbər verməli, yoxlanmalı, məsləhətləşməli, poliklinikaya bu barədə rəy verməlidir.

Aygün M