Koronavirus peyvəndinin müəllifi - Yanvardan başlayaraq....

  • 2020.12.07 16:18
  • 805 Baxış
Koronavirus peyvəndinin müəllifi  - Yanvardan başlayaraq....

Koronavirusa qarşı 95 faiz effektivliyi sübuta yetirilən peyvənd hazırlayan alim Uğur Şahin dərmanın tezliklə tətbiqinə başlana biləcəyini deyib.

Medicina.az xəbər verir ki, türkiyəli alim şad xəbərlər verib.

“Hər şey qaydasında gedərsə, dekabr ayının ikinci yarısında dərmanın kütləvi istehsalı təsdiq ediləcək və beləliklə, Yeni İldən əvvəl paylamağa başlaya biləcəyik. Ancaq bu, heç bir problem çıxmazsa, mümkün ola bilər. Peyvəndin yaşlılar üzərində də müsbət təsirlərə malik olması isə xüsusilə sevindiricidir”.