Koronavirus qızdırmasına qarşı ən yaxşı dərman

  • 2020.12.08 17:15
  • 2064 Baxış
Koronavirus qızdırmasına qarşı ən yaxşı dərman

Rusiya Ümumi və Kliniki Farmakologiya şöbəsinin müdiri, professor Sergey Zıryanov koronavirus pandemiyası zamanı hansı dərmanların faydalı olduğunu açıqlayıb.

Medicina.az xəbər verir ki, koronavirusda effektivliyi sübut olunan dərman azdır.

"Ən yaxşısı parasetamoldur. Çünki ibuprofen COVID-19-da bərpaedici xüsusiyyətə malik deyil. Burun damcıları da ala bilərsiniz"

Mütəxəssis insanları antibiotik almamağa çağırıb. O bildirib ki, dərmanı peşəkar həkim təyin etməlidir. Zıryanov əlavə edib ki, antiviral dərmanların istifadəsi yalnız həkim nəzarəti altında mümkündür, çünki arzuolunmaz reaksiyaları var.

Professorun sözlərinə görə, D vitaminindən sui-istifadə etməməlisiniz. Çünki artıq miqdarı damar zədələnməsinə, böyrək çatışmazlığına və digər problemlərə səbəb ola bilər.