Koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü

  • 2021.02.25 21:25
  • 1028 Baxış
Koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü
Dünyada COVID-19 pandemiyasından ölənlərin sayı 2,5 milyonu ötüb.

Medicina.az xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, həmçinin KİV və başqa açıq mənbələrin statistikaları ilə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.


Bakı vaxtı ilə saat 20:47-yə olan məlumata görə, dünyada COVID-19-dan ölüm hallarının sayı 2 500 770 olub. Dünyada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 112,6 milyonu ötüb.

Koronavirus pasiyentləri arasında ən yüksək ölüm sayı ABŞ-da qeydə alınıb – 506 mindən yuxarı.