“Koronavirus təzyiqi yüksəldir, gecələr qəribə ağrılar olur” – Yoluxmuş ailədən etiraflar

  • 29 Okt 2020 16:33
  • 4407 Baxış
“Koronavirus təzyiqi yüksəldir, gecələr qəribə ağrılar olur”  – Yoluxmuş ailədən etiraflar

Koronavirusa yoluxmuş ər-arvad mətbuatda, saytlarda bu vaxta kimi koronavirusun əlamətləri barədə oxuduqlarının tam əksini yaşadığını bildirib.


“Çoxları yazır, deyir ki, koronavirus qrip kimidir, boğaz ağrıyır, qızdırma olur, öskürək başlayır. Amma biz bunların heç birini görmədik”.

Medicina.az xəbər verir ki, rusiyalı psixoloq Sergey Lanq ailəlikcə koronavirusu keçirib.

“Bizdə hər şey baş ağrısı, təzyiqlə başladı. Təzyiqimiz yüksəlirdi. Baş ağrısını heç bir dərman kəsmirdi. Hərarət bir gün 36,5 olurdu, sabahı 37,5. Gün ərzində təzyiq və hərarət 4-5 dəfə dəyişirdi.

Yuxusuz gecələr keçirdik, gecələr qəribə panika hissi olurdu. Bədən, sümük və oynaqlar ağrıdan burulurdu. Küt sancılar olurdu.

Xəstəlikdən 3 ay keçməsinə baxmayaraq, hələ də zəiflik var. Sağlamlığımız əvvəlki kimi deyil. Başda ağrı, sıxılmalar olur. Yoldaşımda ətə qarşı ikrah yaranıb. Sanki ət qaxsımış qoxu verir. Bu simptomlar nadir də olsa xəstələrdə rast gəlinir. Bu koronavirus çox qəribədir, baş açmaq çox çətindir”.