Koronavirus vaksinindən sonra xəstəxanaya düşənlərin sayı artır

  • 2021.05.06 17:51
  • 2564 Baxış
Koronavirus vaksinindən sonra xəstəxanaya düşənlərin sayı artır

Alimlər vaksindən sonra xəstəxanaya düşən insanların sayının artmasının səbəbini araşdırıb.

Medicina.az xəbər verir ki, Böyük Britaniyada peyvənddən sonra kovid diaqnozu ilə xəstəxanalara gələnlərin sayında artım var.

Alimləri bir sual düşündürür: bu insanlar vaksindən öncə virusa yoluxublar, yoxsa birinci doza ilə ikincinin arasında?

Məlum olub ki, peyvənddən sonra xəstəxanaya düşənlərin böyük əksəriyyəti peyvənddən öncə və ya həmən sonra virusa yoluxublar. Onların çoxu peyvəndə qədər virusla təmas etdiklərini bilməyib,digər yarısı isə vaksinə arxayın olaraq qorunmayıb.


Ona görə də vaksinin birinci və ikinci dozası arasında, hətta ikincidən sonra da immunitetin formalaşmasını gözləyərək maksimum qorunmaq lazımdır.


Bu vaxta kimi Britaniyada 500 nəfər peyvənddən sonra kovid diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
113 nəfər isə vaksindən sonra ölüb.