Koronavirus xəstələri həzm sistemindən əziyyət çəkir

  • 2021.01.22 16:22
  • 965 Baxış
Koronavirus xəstələri həzm sistemindən əziyyət çəkir

Həzm sisteminin işinin pozulması COVID-19-un müalicəsini çətinləşdirən əsas amildir.

Medicina.az xəbər verir ki, bunu rusiyalı həkim-revmatoloq Pavel Evdokimenko deyib.

Onun sözlərinə görə, həzm sisteminin işi xüsusən də antibiotik qəbul edən xəstələrdə daha gec normallaşır. Belə insanların daha gec özünə gəldiyini deyən həkim onların vəziyyətinin allergik reaksiyalarla daha da ağırlaşacağını qeyd edib.

Orqanizmin bərpası üçün mütəxəssis arıçılıq məhsulları, “B” qrupu vitaminləri və moruqları pəhrizə daxil etməyi məsləhət görüb.