Koronavirus xəstələrini öldürməkdə təqsirli bilinən həkim tutuldu

  • 2020.11.27 18:49
  • 2032 Baxış
Koronavirus xəstələrini öldürməkdə təqsirli bilinən həkim tutuldu


Almaniyanın Essen şəhərində koronavirus xəstələrini qəsdən öldürməkdə şübhəli bilinən həkim həbs olunub.

Medicina.az xəbər verir ki, 44 yaşlı baş həkim ağır koronavirus xəstələrinə qəsdən ölümcül dərman yeridərək onların ölümünü tezləşdirməkdə ittiham olunur.

Onun qurbanları 47 və 50 yaşlı iki xəstə olub.
Hər ikisi bu həkimin nəzarətində idi.

Həkim etiraf edib ki, bu addımı o, xəstələrini çəkdikləri ağrı-acıdan xilas etmək və ölümü asanlaşdırmaq üçün atıb. O, xəstələrin ağır can verməsinə dözə bilmirmiş. Həkim əmin idi ki, o xəstələr onsuz da öləcəkdilər.