Koronavirus xəstəsi 11 gün sonra yoluxdurucu olmur

  • 2020.05.27 17:22
  • 2114 Baxış
Koronavirus xəstəsi 11 gün sonra yoluxdurucu olmur


Koronavirus aşkarlanmış xəstələr ilk 11 gündə daha yüksək dərəcədə yoluxdurucu olur.

Bu müddətdən sonra ətrafdakılar üçün elə də təhlükəli həddə olmur. Ona görə bu xəstələrin ilk 14 gündə aşkar olunması vacibdir.

Medicina.az xəbər verir ki, bu barədə Sinqapur alimləri yeni elmi araşdırmanın nəticəsində bildiriblər.

Belə ki, Milli İnfeksion xəstəliklər mərkəzi tədqiqatda 73 koronavirus xəstəsi iştirak edib. Alimlər sübut edib ki, xəstələr yoluxduqdan 12 gün sonra hələ virus bədənlərində olsa da ətrafdan heç kimi yoluxdurmayıblar.

Virusun yoluxuculuğu xəstənin yoluxduğu və hərarəti olan gündən sonrakı 7-10 gün ərzində aktiv olur.