Koronavirus xəstəsi mələfələri bağlayıb, xəstəxanadan qaçmağa çalışdı

  • 2020.05.15 15:21
  • 883 Baxış
Koronavirus xəstəsi mələfələri bağlayıb, xəstəxanadan qaçmağa çalışdı

Türkiyənin Trabzon şəhərində koronavirus şübhəsi ilə xəstəxanada nəzarətdə saxlanılan Gürcüstan əsilli Cons Kri mələfələri birləşdirərək xəstəxanadan qaçmağa çalışıb.

“HaberGlobal”ın məlumatına görə, həmin anlar kamera ilə qeydə alınıb.

Ancaq onun bu cəhdi uğursuzluqla nəticələnib. Belə ki, C.Krinin palatası xəstəxananın üçüncü mərtəbəsində olub. Lakin mələfələr ikinci mərtəbəyə qədər uzanıb. Buna görə o, ikinci mərtəbədə mələfədən asılı vəziyyətdə qalıb.

Ətrafdakılar bu mənzərəni görərək xəstəxananın təhlükəsizlik işçilərinə xəbər veriblər. O, xilas edilərək, yenidən palatasına aparılıb.

Psixoloji problemlərinin olduğu bildirilən C.Krinin bir daha qaçmaması üçün təhlükəsizlik tədbirləri görülüb.