Koronavirusa baş qarışdı, unuduldu - Dünyada qızılca aktivləşib

  • 2020.11.16 14:37
  • 1442 Baxış
Koronavirusa baş qarışdı, unuduldu  - Dünyada qızılca aktivləşib

COVID-19-a başı qarışan dünya hər il payızda qışda aktivləşən qızılca kimi xəstəliyi unudub.

Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq həyəcanlı xəbərdarlıqlar edib.

Bildirilib, xəstəlik təhlükəli səviyyəyə çatıb. Üstəlik, vaksinasiya da aşağı səviyyədə aparılır.

ÜST qeyd edir ki, koronavirusa görə dünya miqyasında tətbiq olunan məhdudiyyətlər vaksinasiya proqramına mənfi təsir göstərir və buna görə bu il milyonlarla azyaşlı xəstəlik riski ilə qarşı-qarşıyadır.

Qızılcanın COVID-19, Ebola, tuberoskleroz və ya qripdən daha yoluxucu olduğu vurğulanıb.