Koronavirusa dözümlü olmaq üçün Nitric oksidi artırmalıyıq - Həkimdən TÖVSİYƏLƏR

  • 2021.03.31 16:57
  • 3311 Baxış
Koronavirusa dözümlü olmaq üçün  Nitric oksidi artırmalıyıq -  Həkimdən TÖVSİYƏLƏR

Ağır covid xəstələri üçün nitric oksidin faydasından, pulmonar hipertenziyanı azaltmaqla və oksigeni ən dərində olan alveollara daşımaqla, ventilyasiya perfuziya pozulmalarını aradan qaldırmaqla oksigenizasiyanı yaxşılaşdırmasından, ECMO cihazına ehtiyacın azaltmasından danışmışdım. Və klinikalar nitic oksid balonları ilə təmin olunarsa, çox xəstənin fayda görəcəyinə inandığımı bildirmişdim.

Bu gün sizə bədəndə nitric oxidi təbii yollarla necə qaldırmaq olar, NO nun başqa çox vacib faydası nədir danışmaq istəyirəm.

Medicina.az xəbər verir ki, reanimatoloq həkim Şahin Məmmədov nitric oksidi hardan necə əldə edə biləcəyimizi açıqlayıb:

"Nitric oksid (azot 2 oksid ya sadəcə NO) güclu antibakterial və antiviral təsirə malik qazdır. O bədənimizdə daha çox həm dəridə -tərdə, həm də burun boşluğunda- nasal sinuslarda əmələ gəlir. Xüsusən burun sinuslarında nitrik oksidin əmələ gəlməsinə diqqət yetirməliyik. Burunla tənəffüs etmək olduqca vacibdir. Təəssüf ki insanların 80% i tam burun tənəffüslü deyil. Ağızla nəfəs alan insanlar çoxdu. Həm danışdıqca ağız tənəffüsü icra edirlər, həm çox adam yatanda ağızla nəfəs alır.

Burun tənəffüsünün pozulması həmçinin hipertenziyaya, ürək xəstəliklərinə, baş beyin oksigenizasiyasının pozulmasına, yuxusuzluq, insult və miokard infarktına gətirir. Nitric oksidin nəfəs alınan havada az olmasına görədir bütün bunlar.

Həmçinin yuxarıda qeyd etdim ki NO antiviral aktivliyə malikdir. Yəni burunla nəfəs alsanız, NO sizin nəfəsinizdə çox olacaq və karonavirusa yoluxma ehtimalınız, virus yükünüz az olacaq. Həmçinin burunla nəfəs alsanız NO bronxları genişlədəcək, pulmonar kapillyarları genişlədəcək, beləliklə ağciyər hipertenziyasını, artrerial hipertenziyanı azaldacaq. Bütün bunlardan əlavə NO yuxarı tənəffüs yollarındakı epitelin kirpiklərinin hərəkətini artırır+ antibakterial effektinə görə covid xəstələrinin bakterial superinfeksiya ilə ağırlaşma riskini azaldır.

Qeyd etdim ki NO nəfəsdə olması üçün burun ciblərində təbii olaraq əmələ gəlir və bizim anadangelmə immunitetimizdir-qoruyucumuzdur. Bu qazın nasal sinuslarda istehsalını artırsaq covidə yoluxmaq şansımız azalar, yoluxmuş xəstələrin isə həm virus yükünün azalmasına, yuxarıda qeyd etdiyim faydalarına görə daha sürətlə sağalmasına nail olarıq.

NO bədənimizdə nasal sinuslarda L- arginin aminturşusundan NO sintaza fermentinin köməkliyi ilə əmələ gəlir.

Nəfəsimizdə NO qazını artırmaq üçün tərkibində nitrat və arginin olan, həmçinin NO sintazanın aktivliyini artıran qidalar yeməliyik.

Bunlar aşağıdakılardır.

1. Qoz ləpəsi- tərkibində arginin çoxdur.
2. Çuğundur soku- tərkibində nitrat çoxdur. Gündə 100 ml için.
3. Sarımsaq- NO sintazanın aktivliyini artırır.
4. Nar- çoxsaylı faydalarından başqa, bizi bu gün maraqlandıran onda nitratların çox olmasıdır.
5. Tərkibində Vitamin C saxlayan qidalar (kələm, pomidor, sitrus). Vitamin C azot 2 oksidin bədəndə biomenimsənilməsini artırır.
6. Ayrıca bostan kələmi.Tərkibində bədəndə azot iki oksidə çevrilən nitrat çoxdur.
7. İspanaq göyərtisi. Kələmdə olduğu kimi bunda da nitrat çoxdur.
8. Tünd şokolad. Gündə 30 qram. Nitrat çoxdur.
9. Yemiş. Tərkibində bədəndə L argininə çevrilən citrullin vardır.
10. Ət- qırmızı, toyuq, balıq. Tərkibində çoxlu koenzim Q10 vardır ki bu maddə nitrik oksidi bədənimizdə uzun müddət qalmasına səbəb olur.
10. Qırmızı çaxır.